Bakıda məşhur yəhudi tibb mərkəzinin filialı açılıb | VIDEO

Bakıda məşhur yəhudi tibb mərkəzinin filialı açılıb    | VIDEO
  24 İyun 2024    Oxunub:1468
Bakıda "BEER DAVID" Yəhudi Tibb Mərkəzinin filialı açılıb. Mərkəz 100-dən çox ölkədən olan pasiyentlərin terapiyasını həyata keçirir. Azərbaycana vizasız rejimi olan ölkələrdən, məsələn, Rusiya, Belarus, Gürcüstan və Avropa ölkələrindən də pasiyentlər gəlir.
Tibbi mərkəzin əsas istiqaməti inkişaf problemləri olan uşaqların terapiyasıdır, məsələn, autizm, autizm spektr pozğunluqları, uşaq serebral iflici və ənənəvi terapiya metodlarına tabe olmayan digər nevroloji problemlər. Mərkəzdə tətbiq olunan terapiya sinir sisteminin bərpasına yönəlib və uşaqlara müstəqil inkişaf etməyə kömək edir.



"BEER DAVID" Yəhudi Tibb Mərkəzinin həmtəsisçisi Yosifa Eyxel deyir ki, yeni filial nümayəndəlik vasitəsilə deyil, öz adı altında fəaliyyət göstərəcək, bu da ölkə sakinləri üçün tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa imkan verir: “Biz görürük ki, burada, Azərbaycanda belə xidmətlərə böyük tələbat var. Hazırda müxtəlif yaş qruplarından olan pasiyentlərimiz var. Biz onların nailiyyətləri haqqında daim məlumat veririk, onlar da öz uğurları barədə həvəslə danışırlar. Bu müsahibələr televiziyada və digər yerlərdə – YouTube kanalımızda, Facebook-da və bir çox başqa yerlərdə yayımlanır. Artıq Azərbaycanın nəyə ehtiyacı olduğunu az-çox başa düşmüşük. Hazırda burada qeyri-ənənəvi tibb üsulları ilə fəaliyyət göstərəcək genişmiqyaslı reabilitasiya mərkəzi açmaq ideyası üzərində işləyirik. İsraildə bu sahədə böyük təcrübəmiz var, qeyri-ənənəvi tibb çox inkişaf edib. Bir çox xəstəxanalar bu xidmətləri təqdim edir, həmçinin müxtəlif xəstəliklər üçün çoxlu özəl reabilitasiya mərkəzləri mövcuddur”.

Mərkəz uşaqların inkişaf problemləri, məsələn, autizm, autizm spektr pozğunluqları, uşaq serebral iflici və digər nevroloji xəstəliklər üzrə ixtisaslaşıb. “Müxtəlif nevroloji problemləri olan böyüklər də müraciət edirlər. Əvvəlcə konsultasiya aparırıq, baxırıq, bu konkret problemdə kömək edə bilərikmi. Əgər bəli, biz insana nə gözləyə biləcəyini izah edirik”,- Eyxel bildirib.

"BEER DAVID" Yəhudi Tibb Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Bu müddət ərzində dünyanın 100-dən çox ölkəsindən pasiyent qəbul edib. Həmtəsisçinin sözlərinə görə, Azərbaycana onlara əsasən Rusiya, Belarus, Gürcüstan kimi vizasız rejimi olan ölkələrdən, eləcə də Avropa və digər bölgələrdən insanlar üz tutur: “Yaxınlarda bizə Amerikadan, Sloveniya və Polşadan ailələr gəlmişdi. Əgər burada daha uzun müddət qalsaq, İsraildə olduğu kimi, bizə hər yerdən gələcəklər. İsraildə bizə Cənubi Koreya, Peru və bir çox digər ölkələrdən pasiyentlər gəlirdi.

Bizim terapiyamız mərkəzi sinir sisteminin bərpasına yönəlib. Bu bizi inkişaf problemləri olan uşaqlarla məşğul olan digər mərkəzlərdən fərqləndirir. Biz sadəcə uşağı öyrətməyə çalışmırıq, onun müstəqil inkişaf etməsini istəyirik. Bizə danışmayan halda gələn bir çox uşaq danışmağa başlayır və davranışını, əqli və intellektual inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Valideynlər tez-tez deyirlər ki, onların əsas istəyi uşağın danışması idi. Lakin terapiya prosesində övladlarının necə dəyişdiyini gördükdə, onun bütün digər parametrlər üzrə nə qədər geri qaldığını başa düşməyə başlayırlar. Uşaqlar inkişaf etməyə, yeni məlumatları qəbul etməyə, öyrənməyə və həmyaşıdlarına çatmağa başlayırlar”.

"BEER DAVID" Yəhudi Tibb Mərkəzinin qurucusu və aparıcı mütəxəssisi David Eyxel isə mərkəzdə tətbiq olunan terapiya və müalicə metodları haqqında danışıb. Onun sözlərinə görə, onların bütün metodları qeyri-invaziv və dərmansızdır, orqanizmin özünü bərpa etməsinə dəstək göstərməyə yönəlib:

“Bizden tez-tez soruşurlar ki, dərman müalicəsi və ya elektrik cərəyanları ilə bağlı proseduralardan istifadə edirikmi? Bütün metodlar qeyri-invaziv və dərmansızdır, bədənin öz-özünü bərpa etməsinə yönəldilib”.

Baş mütəxəssis istifadə etdiyi cihazları da göstərib. Bioptron günəş işığını xatırladan şüa yayır. Həmin şüa xüsusi filtrdən keçərək, müalicəvi polyarizasiya olunmuş işığa çevrilir. Bu, İsveçrənin Bioptron şirkətinin ixtirasıdır. Mexanizmi çox sadədir, lakin nəticələri möhtəşəmdir.

Bundan əlavə, İsrail və Amerika mütəxəssisləri tərəfindən birgə hazırlanan lazer və maqnit terapiyası cihazlarını da istifadə edilir. Onlar müvafiq ölkələrin Səhiyyə Nazirliklərinin bütün lazımi icazələrinə malikdirlər. Qırmızı lazer işığı əla təsir göstərir, iltihab və ağrı sindromlarının müalicəsində yaxşı nəticələr verir. Bu cihazlar tez-tez yaşlı insanlar və idmançılar tərəfindən istifadə olunur. Sadəliyinə baxmayaraq, əla nəticələr göstərir və yan təsirləri yoxdur.

“Osteopatiya və xiropraktika üzrə diplomlu mütəxəssis olaraq, amerikalı həmkarlarım tərəfindən istifadə olunan sadə alətləri də tətbiq edirəm. Bu alətlər onurğanı düzəltmək və sinir uçlarını aktivləşdirmək üçün nəzərdə tutulub. Metodlar orqanizmə zərər vermədən əla nəticələr ortaya çıxarır.

Daha bir cihaz isə köhnə Sovet maqnit terapiyası aparatıdır, bu, hələ də çox təsirli və istifadəsi sadədir. Lakin ondan düzgün istifadə edə bilmək vacibdir. Bundan əlavə, bizdə ultrasəs terapevtik cihazlar və tapança tipli masaj cihazları var. Onlar istifadəsi sadə və çox təsirlidir.

Unutmayın ki, ətrafımızda sağlamlığı yaxşılaşdırmağa kömək edə biləcək çoxlu əşyalar və vasitələr var. Bunu unutmayın! Bəzən ən sadə metodlar böyük kömək göstərə bilər”,- mütəxəssis vurğulayıb.

"BEER DAVİD" Yəhudi Tibb Mərkəzilə əlaqə saxlamaq üçün:
Sayt: www.beer-david.com
Telefon: +994556273770
WhatsApp/Telegram: +972 58-657-7300


Teqlər: Tibb  





Xəbər lenti